
Xiaomi kompakt ölçülü yeni power bankını satışa çıxarıb - QİYMƏTİ
Cihazlar+
12.01.2024
Emil
Xiaomi öz yeni power bankını satışa çıxarıb. Satışa çıxmış yeni power bank Xiaomi-nin daha öncəki power bank modellərindən bir qədər fərqlənir. Belə ki, yeni power bank öz kompakt ölçüsü və kiçik həcmi ilə seçilir. Sözügedən yeni power bank-ın ölçüləri 113 х 53 х 10 mm, çəkisi isə 93 qramm təşkil edir. Bu cür kompakt ölçüyə sahib olması onu gün ərzində gəzdirməyi daha da rahat edir. Yeni power bank sadəcə bir ədəd USB Type-C girişinə sahibdir. Onun həcmi isə 5000 mAh təşkil edir. Power bank-ın özü 18 vatt-a kimi çıxış gücünə sahib enerji mənbəyi vasitəsilə şarj olunur və onun 100% enerji yığması üçün 2 saat vaxt lazımdır. Sözügedən power bank artıq Çin bazarında 18$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
