main-post-cover

    Xiaomi Mi 10 Ultra smartfonunun şəffaf versiyası ortaya çıxdı

    Cihazlar+
    09.08.2020
    Nijat Hamid
            Xiaomi şirkəti Fevral ayında ən üst flaqman modeli olan Mi 10-u təqdim etmişdi. Mi 10Mi 10 Pro olaraq sadəcə iki modeldən ibarət seriyaya bir yenisi əlavə olunacaq. Bir blogger tərəfindən yanlışlıqla paylaşılan görüntüyə görə 11 Avqust tarixində şirkət Mi 10 Ultra adında yeni bir smartfon təqdim edəcək və bu smartfonun bir də şəffaf versiyası göstəriləcək.

    Yeni Xiaomi flaqmanı Mi 10 Ultra Transparent Edition olaraq adlandırılacaq.

            Paylaşılan görüntüyə diqqət etdiyimiz zaman görürük ki, Xiaomi şirkəti Mi 10 Ultra modelini 2 fərqli dizayn ilə təqdim edəcək. Bunlardan üstdə görünən yeni ağ rəngli model Mi 10 Ultra olacaq. Onun aşağısında görünən isə Mi 10 Ultra Transparent Edition olaraq adlandırılacaq. Posterə diqqət etdiyimiz zaman görərik ki, cihazların kamera bacarıqları da təkmilləşdirilib. Beləki hər iki cihaz 120x Süper Yaxınlaşdırma qabiliyyətinə malik olacaq. Həmçinin təkmilləşdirilən kamera sensoru səbəbilə fokus məsafəsi 12-120 mm diapozonuna çıxacaq.
            Bu smartfonlar 11 Avqust tarixində Redmi K30 Ultra ilə birliktə istifadəçilərə təqdim olunacaq. İddialara görə bu smartfonların parametrləri belə olacaq: Snapdragon 865 prosessoru, 4.500 mAh batareya, LPDDR5 dəstəkli 16 GB Ram, Wi-Fi 6 dəstəyi, Hi-Res Audio səs və 8K video çəkiliş dəstəyi. Xiaomi Mi 10 Ultra və Mi 10 Ultra Transparent Edition modellərinin satış qiymətləri hələki bilinmir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər