
Xiaomi-nin yeni fərdi prosessorunu ilk əldə edəcək smartfonun adı açıqlanıb
Cihazlar+
16.01.2025
Emil
Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi şirkəti Xiaomi 15S smartfon seriyası üzərində çalışır. Gözləntilərə əsasən bu seriyaya iki model daxil olacaq. Xiaomi 15S və 15S Pro. İndi isə ortaya çıxmış məlumatda qeyd edilib ki, şirkət Xiaomi 15S Pro-nu bu ilin ortasında yarısında təqdim edəcək. Məlumata əsasən Xiaomi 15S Pro-nun əsas fərqləndirici özəlliyi onda olacaq ki, o, Xiaomi-nin yeni fərdi prosessoru vasitəsilə çalışacaq.
Qeyd etmək lazımdır ki, son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Xiaomi bu il ərzində flaqman smartfonları üçün nəzərdə tutulmuş 3 nanometrlik prosessorunu təqdim edəcək. Prosessorun Surge S2 adlanacağı gözlənilir. Sözügedən prosessor 2017-ci ildə satışa çıxmış Mi 5c smartfonunun əldə etmiş olduğu Surge S1 prosessorunun davamçısı olmalıdır. Onun necə bir performansa sahib olacağı hələ sual altındadır. Xiaomi 15S Pro-ya gəldikdə isə gözləntilərə əsasən bu smartfon xarici görünüşcə Xiaomi 15 Pro-ya bənzəyəcək. Yəni bu mövzuda Xiaomi heç bir dəyişiklik etməyəcək.
Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
