
Xiaomi Pad 7 planşeti 3 versiyada təqdim ediləcək
Cihazlar+
02.09.2024
Emil
Xiaomi şirkəti aktiv şəkildə Xiaomi Pad 7 planşet seriyasının təqdimatına hazırlaşır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu planşet seriyası barəsində yeni təfərrüatları bölüşüb. Onun sözlərinə əsasən Xiaomi Pad 7 planşet seriyasına 3 model daxil olacaq. İlk 2 model 11-12 düym ölçülü ekranı əldə edəcək və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. 3-cü model isə bir qədər sadələşdirilmiş versiya olacaq.
Belə ki, o, 11 düym ölçülü ekranı əldə edəcək və Snapdragon 8 seriyasının subflaqman prosessoru vasitəsilə çalışacaq. Məlumatda prosessorun konkret adı qeyd edilməsə də, bunun ya Snapdragon 8 Gen 2 ya da Snapdragon 8s Gen 3 olacağı gözlənilir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Xiaomi Pad 7-nin maksimal konfiqurasiyalı versiyası 24 GB-lıq RAM-a və 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Xiaomi Pad 7 planşetləri artıq gələn ay təqdim oluna bilərlər.
Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
