Logo
    main-post-cover

    Xiaomi Pad 7 planşeti flaqman Snapdragon prosessorunu və OLED ekranı əldə edə bilər

    Cihazlar+
    16.07.2024
    Emil
        Xiaomi şirkəti keçən ilin aprel ayında Xiaomi Pad 6 planşetini təqdim etmişdi. İndi isə şirkət Xiaomi Pad 7-nin təqdimatına hazırlaşır. Son məlumat sızıntılarına əsasən Xiaomi Pad 7 planşeti Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Xiaomi Pad 6 planşeti Snapdragon 870 prosessoru vasitəsilə çalışır. İnsayderlər bildiriblər ki, şirkət Xiaomi 7 ilə yanaşı onun Pro modelini də təqdim edəcək.
        Hər iki planşet artıq Avrasiya İqtisadi Birliyində sertifikatlaşdırmadan keçib və onlar 24091RPADG, 2410CRP4CG model nömrələrinə sahibdirlər. Gözləntilərə əsasən sözügedən planşetlər böyük ölçülü OLED ekranı və metal materialdan hazırlanmış gövdəni əldə edəcəklər. Güman olunur ki, sözügedən yeni planşetlər daha öncəki Xiaomi Pad modellərində olduğu kimi öz arxa panellərində kvadrat formalı kamera sahəsi dizaynını qoruyub saxlayacaqlar. Xiaomi Pad 7 planşet seriyasının sentyabr və ya oktyabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş