
Xiaomi Pad 7 planşeti gözləniləndən daha böyük ölçülü ekranı əldə edə bilər
Cihazlar+
29.01.2024
Emil
Hələ bir neçə müddət bundan öncə insayderlər Xiaomi Pad 7 Pro və Pad 7 Max planşetləri barəsində məlumatlar vermişdilər. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder adi Xiaomi Pad 7-nin bəzi texniki imkanlarını açıqlayıb. Daha öncə güman edilirdi ki, Xiaomi Pad 7 planşeti 10 düym ölçülü ekrana sahib olacaq. Lakin insayder bildirib ki, planşet 12.45 düym IPS ekranla təchiz olunacaq. Ekranın hansı göstəricidə piksel keyfiyyətinə sahib olacağı açıqlanmasa da qeyd edilib ki, o, 144 Hz-lik təsvir yenilənməsi dəstəyinə sahib olacaq. Bununla yanaşı məlumata əsasən Xiaomi Pad 7 Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Xiaomi Pad 7-nin artıq gələn ayın sonunda təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
