main-post-cover

    Xiaomi Pad 7 planşetləri təqdimata hazırdırlar

    Cihazlar+
    12.08.2024
    Emil Nəcəfov
          Biz dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti Xiaomi Pad 7 planşet seriyası üzərində çalışır. İndi isə məlum olub ki, bu planşet seriyasının təqdimatı artıq çox yaxındır. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Xiaomi Pad 7 planşetləri çox güman ki, bu ayın sonuna kimi təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, planşetlər ilk növbədə Çində təqdim olunacaqlar.
         Müəyyən müddətdən sonra isə onları qlobal bazarda da görmək mümkün olacaq. Xiaomi Pad 7 planşet seriyasına minimum 2 model daxil olacaq. Xiaomi Pad 7 və Pad 7 Pro. Son məlumat sızıntılarına əsasən adi Xiaomi Pad 7 modeli Snapdragon 8 Gen 2 prosessoru, Xiaomi Pad 7 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Pro model 144 Hz-lik təsvir yenilənməsinə sahib 2367x1480 piksel keyfiyyətli ekranı əldə etməli və özündə 50 MP-lik əsas arxa kamera ilə 120 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi brendi artıq Redmi Turbo 4 üzərində çalışmağa başlayıb
    redmi-brendi-artiq-redmi-turbo-4-uzerinde-calismaga-baslayib
    POCO brendi artıq POCO F7 üzərində çalışır
    poco-brendi-artiq-poco-f7-uzerinde-calisir
    Xiaomi öz smartfonları üçün 7500 mAh həcmli batareyaları test edir
    xiaomi-oz-smartfonlari-ucun-7500-mah-hecmli-batareyalari-test-edir
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Gələn ilki Xiaomi 15 Ultra smartfonu 200 MP-lik kameranı əldə edə bilər
    gelen-ilki-xiaomi-15-ultra-smartfonu-200-mp-lik-kamerani-elde-ede-biler