Logo
    main-post-cover

    Xiaomi Pad 7 planşetlərinin texniki imkanları açıqlanıb

    Cihazlar+
    04.12.2023
    Emil
         Artıq məlumdur ki, Xiaomi şirkəti Xiaomi Pad 7 planşet seriyası üzərində çalışır. Gözləntilərə əsasən sözügedən planşet seriyasına Xiaomi Pad 7 və Pad 7 Pro modelləri daxil olacaqlar. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu planşetlərin texniki özəllikləri barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən hər iki planşet modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib ekranı, 50 MP-lik əsas arxa kameranı və Snapdragon 8 Gen 2 prosessorunu əldə edəcək. Xiaomi Pad 7 modeli 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini, Xiaomi Pad 7 Pro modeli isə 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Hər iki planşet HyperOS vasitəsilə çalışacaq. Gözləntilərə əsasən Xiaomi Pad 7 planşet seriyası gələn ilin birinci yarısında təqdim olunacaq.
    Paylaş