
Xiaomi Pad 7 Pro Çin bazarı üçün eksklüziv olmayacaq
Cihazlar+
12.12.2023
Emil
Artıq məlumdur ki, Xiaomi şirkəti Xiaomi Pad 7 planşet seriyası üzərində çalışır. Bu seriyaya adi Xiaomi Pad 7 ilə yanaşı Xiaomi Pad 7 Pro da daxil olacaq. İndi isə məlumat ortaya çıxıb ki, Xiaomi Pad 7 Pro planşeti təkcə Çin bazarında deyil, həmçinin qlobal bazarda da satılacaq. Belə ki, GSMChina saytının əməkdaşları HyperOS-in Xiaomi Pad 7 Pro üçün nəzərdə tuitulmuş qlobal versiyasını aşkar ediblər. Bu isə planşetin qlobal bazarda satışa çıxacağına işarə edir. Son məlumat sızıntılarına əsasən Xiaomi Pad 7 Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 10 düym LCD ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Xiaomi Pad 7 planşet seriyasının gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Redmi 12R smartfonu təqdim edilib - QİYMƏTİ
Keçən həftə Xiaomi-nin Redmi brendi Redmi 13R adlı büdcəli smartfonunu təqdim etmişdi.

Cihazlar+
Büdcəli Redmi 13R 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi heç gözlənilmədən Çində Redmi 13R 5G adlı yeni büdcəli smartfonunu təqdim edib.

Cihazlar+
Xiaomi 15 və Xiaomi 15 Pro smartfonları barəsində ilk məlumatlar verilib
Xiaomi 14 və Xiaomi 14 Pro smartfonlarının 1 aydan bir qədər çox müddət bundan öncə satışa çıxmalarına baxmayaraq Digital Chat Station ləqəbli məşhur insayder onların davamçıları barəsində ilk məlumatları təqdim edib.

Cihazlar+
Məşhur insayder Xiaomi 14 Ultra-nın bəzi tenxiki imkanlarını açıqlayıb
Xiaomi şirkəti gələn il Xiaomi 14 Ultra smartfonunu təqdim etməlidir.

Cihazlar+
Redmi Note 13 Pro+ smartfonunun qlobal versiyasının nə zaman təqdim olunacağı açıqlanıb
Xiaomi-nin Redmi brendi Hindistanda Redmi 13C 5G smartfonunu təqdim edən zaman Redmi Note 13 Pro+ smartfonunun qlobal versiyasının nə zaman təqdim olunacağını da açıqlayıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
