
Xiaomi Pad 7 Pro planşetinin bəzi texniki göstəriciləri açıqlanıb
Cihazlar+
22.01.2024
Emil
Bir neçə müddət bundan öncə Xiaomi Pad 7 və Pad 7 Max planşetlərinin texniki imkanları ortaya çıxmışdı. İndi isə növbə Xiaomi Pad 7 Pro planşetinə çatıb. Məlumata əsasən Xiaomi Pad 7 Pro planşeti artıq tənzimləyici orqanlardan birində sertifikatlaşdırılıb. Bu isə onun artıq təqdimata hazır olduğuna işarə edir. İnsayderlərin vermiş olduqları məlumata əsasən Xiaomi Pad 7 Pro planşeti demək olar ki, çərçivəsiz ekranı əldə edəcək. Yəni planşetin ekran ətrafı çərçivəsi maksimal dərəcədə nazik olacaq. Bununla yanaşı planşet toxunuşlarda xoş hiss verəcək gövdə materialına sahib olacaq. İnsayderlər həmçinin bildiriblər ki, planşet OLED ekranla təchiz olunacaq, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
