
Xiaomi Pad 7 Pro planşetinin əsas texniki göstəriciləri açıqlanıb
Cihazlar+
31.01.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi Pad 7 planşet seriyası barəsində məlumatlar təqdim etməyə davam edir. Bu dəfə insayder bu seriyaya daxil olacaq Xiaomi Pad 7 Pro modelinin əsas texniki göstəricilərini açıqlayıb. Beləliklə insayder bildirib ki, Xiaomi Pad 7 Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 12.45 düym LCD ekranla təchiz olunacaq.
Planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 50 MP ikili arxa kameranı birləşdirəcək. Batareya həcmi mövzusuna gəldikdə isə insayder qeyd edib ki, Xiaomi Pad 7 Pro 120 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Planşet qutudan HyperOS vasitəsilə çalışmalıdır. Xiaomi Pad 7 planşet seriyasının nə zaman təqdim olunacağı hələ bilinmir.
Paylaş
Bənzər xəbərlər

Nəqliyyat
Xiaomi SU7 elektromobilinin qiyməti barəsində məlumatlar verilib
Keçən ay Xiaomi şirkəti öz ilk elektromobili olan Xiaomi SU7-ni təqdim etdi. Lakin təqdimat zamanı sözügedən elektromobilin hansı qiymətə satılacağı barəsində məlumat verilmədi.

Cihazlar+
Xiaomi 14 Ultra-nın vacib texniki imkanlarından biri açıqlanıb
Xiaomi yaxın zamanda Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim etməlidir. Son zamanlarda sözügedən smartfon barəsində çıxan məlumatların ardı-arası kəsilmir.

Cihazlar+
Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
Xiaomi şirkətinin bu il qatlana bilən Xiaomi Mix Fold 4 smartfonunu təqdim edəcəyi gözlənilir.

Proqram Təminatı
POCO F4 GT gaming smartfonu HyperOS-i əldə etməyə başlayıb
Xiaomi şirkəti qlobal bazardakı smartfonlarını HyperOS ilə təmin etməyə davam edir.

Cihazlar+
Xiaomi Pad 7 planşeti gözləniləndən daha böyük ölçülü ekranı əldə edə bilər
Hələ bir neçə müddət bundan öncə insayderlər Xiaomi Pad 7 Pro və Pad 7 Max planşetləri barəsində məlumatlar vermişdilər. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder adi Xiaomi Pad 7-nin bəzi texniki imkanlarını açıqlayıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
