
Xiaomi Pad 7 Ultra flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
22.05.2025
Emil
Xiaomi şirkəti Xiaomi Pad 7 Ultra adlı yeni flaqman planşetini təqdim edib. Bu yeni planşetin daha öncəki Xiaomi Pad modellərindən fərqlənən əsas özəlliyi ondadır ki, o, Xiaomi 15S Pro kimi şirkətin Xring O1 adlı yeni 3 nanometrlik mobil prosessoru vasitəsilə çalışır. Bununla yanaşı bu yeni planşet böyük ölçülü ekranı və böyük həcmli batareyanı əldə edib. Beləliklə Xiaomi Pad 7 Ultra planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 3.2K keyfiyyətli 14 düym ölçülü OLED ekranla təchiz olunub.

Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Planşet 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xiaomi Pad 7 Ultra özündə 50 MP-lik arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 120 vatt gücündə sürətli şarj texnologiyalı 12 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi Pad 7 Ultra artıq Çində satışa çıxıb və onun qiyməti 791$-dan start götürür. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
