
Xiaomi Pad 7 və Pad 7 Max planşetləri barəsində yeni məlumatlar verilib
Cihazlar+
15.01.2024
Emil
Xiaomi şirkəti bu il Xiaomi Pad 7 planşet seriyasını təqdim etməlidir. Bu seriyaya üç modelin daxil olacağı gözlənilir. Adi Xiaomi Pad 7, Xiaomi Pad 7 Pro və Xiaomi Pad 7 Max. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi Pad 7 Pro və Xiaomi Pad 7 Max modellərinin texniki imkanları barəsində bəzi məlumatları bölüşüb
Beləliklə insayderin sözlərinə əsasən Xiaomi Pad 6 Pro-dan fərqli olaraq Xiaomi Pad 7 Pro-nun ekran ətrafı çərçivəsi daha nazik olacaq. Bununla yanaşı planşet Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini birləşdirəcək. Kameralar mövzusunda planşet Xiaomi Pad 6 Pro-nun kameralarını əldə edəcək. Xiaomi Pad 7 Max modelinə gəldikdə isə insayder bildirib ki, o, OLED ekrana sahib olacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
