Xiaomi şirkəti bu smartfonların istehsalını tamamilə dayandırmağı planlaşdırır

Xiaomi şirkəti bu smartfonların istehsalını tamamilə dayandırmağı planlaşdırır

Mobil Cihazlar
28.05.2020 PAYLAŞIM

    Son aylar ərzində Xiaomi şirkəti və ona məxsus Redmi brendi çoxlu sayda 5G dəstəkli smartfon modeli təqdim ediblər. Bununla paralel olaraq şirkət özündə olan smartfon seriyalarını 5G standartına keçirtməkdən əlavə olaraq 6G standartı üzərində də tədqiqatlar aparır. Bunun fonunda şirkət 4G dəstəkli smartfonların istehsalını tamamilə dayandırmağı planlaşdırır. Bu barədə 4pda saytı xəbər verib.

    Xiaomi şirkətinin general direktoru olan Lei Jun qeyd edib ki, şirkət 5G standartlı cihazlar ekosistemini inkişaf etdirməyə aktiv şəkildə davam edəcək. Onun fikirlərinə əsasən bütün dünyada artıq istifadəyə verilən 5G şəbəkə standartı cloud gaming, avtopilot sistemləri, 4K / 8K keyfiyyətli videokonfransların yaradılması və s. kimi sahələrdə böyük perspektivlər təqdim edir. Lei Jun-un sözlərinə əsasən Xiaomi şirkəti artıq bu ilin sonuna kimi 5G standartı əsasında çalışmayan smartfonların istehsalından tamamilə imtina edə bilər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 12-nin istehsalı gecikir: Bu problem smartfonların satış tarixlərinə necə..

Məlumata əsasən şirkət bu gecikməni minimuma endirmək üçün əlindən gələni edir.


Galaxy Note 20 Ultra-nın fotoları Samsung-un rəsmi saytında aşkar ediliblər..

Galaxy Note 20 smartfon seriyasının təqdimatına hələ 1 aydan bir qədər çox vaxt qalıb. Lakin buna ba..


Poco-dan yeni smartfon gəlir: Poco M2 Pro-nun təqdimat tarixi elan edilib

Xiaomi şirkəti Poco brendinin smartfon seriyasını genişləndirməyə davam edir.


Büdcəli OnePlus smartfonunun adı, dizaynı və qiyməti rəsmi olaraq təsdiqləndi..

OnePlus şirkəti özünün büdcəli smartfon modelinin reklam kampaniyasını davam etdirir.


Redmi brendi yeni büdcəli Redmi 9A və Redmi 9C smartfonlarını təqdim edib - QİYM..

Redmi brendi yeni büdcəli smartfon modellərini təqdim edib. Söhbət, Redmi 9A və Redmi 9C smartfonlar..


Redmi K40 barəsində ilk məlumatlar verildi

İnternetdə Redmi K30 modelinin davamçısı barədə məlumatlar ortaya çıxmağa başlayıb.

×