main-post-cover

    Xiaomi şirkəti Mi 10 Ultra flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    12.08.2020
    Farid Pardashunas
        Xiaomi şirkətinin 10 illiyi şərəfinə keçirilmiş böyük təqdimat tədbiri çərçivəsində şirkət Mi 10 Ultra flaqman smartfonunu təqdim edib. Sözügedən smartfon Mi 10 seriyasında rekord göstəricili təsvir tezliyini və çox güclü şarj texnologiyasını əldə edib. Beləliklə Mi 10 Ultra modeli 2340x1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekrana sahibdir. Smartfonun ekranı həmçinin 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəəldikdə isə smartfon Snapdragon 865 prosessoru, 8/12/16 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 48 MP (f/1.85 diafraqma, PDAF, OIS) + 12 MP (f/2.0 diafraqma, ikiqat optik zoom) + 48 MP (5 qat optik zoom, PDAF, OIS) + 20 MP (f/2.2 diafraqma, PDAF, 128 dərəcə bucaq təsviri) dördlü arxa kamera, 20 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən 120 vatt gücündə olan sürətli şarj texnologiyası vasitəsilə smartfon 5 dəqiqəyə 41% enerji, 23 dəqiqəyə isə 100% enerji yığır.
        Onu da qeyd etmək lazımdır ki, Mi 10 Ultra modeli həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Onun vasitəsilə smartfon 100% enerjini 40 dəqiqəyə yığır. Smartfonun kameralarının çəkiliş özəlliklərinə gəldikdə demək olar ki, siyahıda 8K keyfiyyətli videoların çəkilişi, HDR dəstəyi və fotoların keyfiyyətlərinin artırılması üçün nəzərdə tutulmuş bir çox proqram aləti var.
        Mi 10 Ultra smartfonu MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model 763$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib model 806$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib model 863$-a, 16 GB RAM və 512 GB daxili yaddaşa sahib model isə 1007$-a satılacaq. Smartfon bir neçə gün ərzində Çin bazarında satışa çıxacaq. Onun qlobal versiyasının nə zaman satışa çıxacacağı barəsində şirkət bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər