
Xiaomi şirkəti MWC 2025 sərgisində iştirakını təsdiqləyib
Cihazlar+
09.01.2025
Emil
Xiaomi-nin POCO və REDMI brendləri öz yeni smartfonlarının qlobal bazarda təqdimatlarıan hazırlaşırlar. Belə ki, yaxın zamanda qlobal bazarda POCO X7 və REDMI Note 14 smartfon seriyaları təqdim olunmalıdır. Məlum olub ki, Xiaomi yaxın zamanda keçiriləcək qlobal texnoloji sərgidə iştirak edəcək. Söhbət, MWC 2025 sərgisindən gedir. Qeyd etmək lazımdır ki, bu il sözügedən sərgi 3 mart tarixindən 6 mart tarixinə kimi keçiriləcək.
Sərgi hər il ənənəvi olaraq Barselonada keçirilir. Xiaomi-nin CEO-su Lei Jun öz növbəsində təsdiqləyib ki, Xiaomi də sözügedən sərgidə iştirak edəcək. O hətta bununla bağlı posteri də təqdim edib. Xiaomi-nin MWC 2025 sərgisi çərçivəsində hansı yenilikləri təqdim edəcəyi məlum deyil. Lakin gözləntilərə əsasən şirkət bu sərgi çərçivəsində Xiaomi 15 Ultra smartfonunu təqdim edə bilər. Qeyd etmək lazımdır ki, keçən il Xiaomi 14 Ultra smartfonu məhz MWC 2024 sərgisi çərçivəsində təqdim olunmuşdu.

Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
