Logo
    main-post-cover

    Xiaomi şirkəti Sanpdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq planşet üzərində çalışır

    Cihazlar+
    10.01.2025
    Emil
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Xiaomi şirkəti Snapdragon 8 Elite prosessoruna sahib planşeti satışa çıxartmağı planlaşdırır. Məlumatda qeyd edilib ki, planşet bu il ərzində təqdim olunacaq. Məlumatda planşetin texniki imkanları barəsində ətraflı məlumat olmasa da, onun Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı, planşetin flaqman olacağından xəbər verir.
        Buna görə də planşetin böyük ölçülü ekranı və flaqman texniki imkanları əldə edəcəyini gözləmək olar. Çox güman ki, planşet 8/12/16 GB RAM10 000 mAh-a yaxın batareya həcmini əldə edəcək. Dünən Xiaomi-nin CEO-su Lei Jun rəsmi şəkildə elan etdi ki, şirkət 3 mart tarixində Barselonada start götürəcək MWC 2025 sərgisində iştirak edəcək. Buna görə də heç istisna deyil ki, şirkət Snapdragon 8 Elite prosessorlu planşetini məhz bu sərgi çərçivəsində təqdim etsin.
    Paylaş