
Xiaomi TV A50 adlı yeni büdcəli smart televizor təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti heç gözlənilmədən Çində yeni büdcəli smart televizorunu anons edib. Şirkətin yeni smart televizoru Xiaomi TV A50 adını əldə edib. Beləliklə şirkətin bu yeni smart televizoru 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 50 düym ekranla təchiz olunub. Ekranın bucaq əhatəsi 178 dərəcə təşkil edir və o, 1.07 milyard rəngi dəstəkləyir. Bu smart televizor 4 ədəd Cortex-A35 nüvəsinə sahib prosessor vasitəsilə çalışır və özündə 2 GB RAM ilə 32 GB daxili yaddaş həcmini birləşdirir. Xiaomi TV A50 televizoru USB Type-A, HDMI, 1AV, ATV/DTMB, Ethernet, S/PDIF girişlərinə sahibdir və Wi-Fi (2.4/5.0 GHz) ilə Bluetooth 5.0 texnologiyalarını dəstəkləyir. Televizorun Çində satışlarına 31 dekabr tarixində start veriləcək və onun qiyməti 218$ təşkil edəcək. Televizorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
Paylaş