
Xiaomi yeni smart saat seriyası üzərində çalışır
Xiaomi şirkəti hal hazırda iki smart saat seriyasına sahibdir. Xiaomi Watch və Xiaomi Watch S. Görünür, yaxın zamanda şirkət tamamilə yeni smart saat seriyasını təqdim edəcək. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət hal hazırda yeni smart saat seriyası üzərində çalışır və o, Xiaomi Watch H adını əldə edəcək. Onların sözlərinə əsasən yeni smart saat seriyasının ilk modeli artıq 2024-cü ilin birinci yarısında təqdim edilməlidir. Xiaomi Watch H seriyasının ilk modelinin texniki imkanları barəsində məlumatlar hələ yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smart saat HyperOS vasitəsilə çalışacaq.
Paylaş