
Yaxın zamanda POCO F seriyasının yeni smartfonlarını gözləmək lazım deyil
Cihazlar+
12.01.2024
Emil
Xiaomi keçən ilin yaz fəslində POCO F5 flaqman smartfon seriyasını təqdim etmişdi. Güman olunurdu ki, POCO brendi artıq POCO F6 smartfon seriyasının təqdimatına hazırlaşır. Lakin əslində bu belə deyil. İnsayderlərin vermiş olduqları məlumata əsasən POCO brendi POCO F seriyasının yeni smartfonlarını təqdim etməyi hələ planlaşdırmır. Beləliklə növbəti POCO F smartfonlarını yaxın 5-6 ay ərzində gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan POCO F5 seriyasına iki model daxildir. POCO F5 və POCO F5 Pro. Adi POCO F5 modeli Snapdragon 7+ Gen 2 prosessoru, POCO F5 Pro modeli isə Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
