
Yeni dünya rekordu: Dünyanın ən böyük iPhone 15 Pro Max-ı hazırlanıb (VİDEO)
Cihazlar+
09.09.2024
Emil
Matthew Perkins və Arun Maini adlı YouTube blogerlər nəhəng ölçülü iPhone 15 Pro Max hazırlayaraq yeni dünya rekorduna imza atıblar. Hazırlanmış nəhəng ölçülü iPhone 15 Pro Max-ın hündürlüyü 2 metr, çəkisi isə 200 kq-dan çox təşkil edir. Bu, rəsmi olaraq dünyanın ən böyük iPhone 15 Pro Max smartfonudur. Belə ki, o, Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb. Nəhəng ölçülü bu iPhone 15 Pro Max-ın ekranı qismində 88 düym ölçülü OLED ekrana sahib LG Signature televizorundan istifadə edilib. Smartfonun gövdəsində isə alüminium çərçivədən istifadə edilib.
Smartfonun telekamerasının imitasiyası üçün blogerlər nəhəng ölçülü smartfona Canon EOS R5 və Sony RX10 Mark 4 professional kameralarını quraşdırıblar. Onların bu smartfonda imitasiya edə bilmədikləri yeganə özəllik məhz iOS əməliyyat sistemi olub. Belə ki, iOS açıq mənbəli koda sahib əməliyyat sistemi deyil. Buna görə də nəhəng ölçülü iPhone 15 Pro Max-da əməliyyat sistemi qismində Android-dən istifadə edilib. Smartfonun nəhəng ölçüdə olmasına baxmayaraq o tamamilə funksionaldır. Belə ki, o, telefon zənglərini reallaşdıra, kontaktsız ödənişləri həyata keçirə, foto çəkə və s. əməliyyatları yerinə yetirə bilir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
