
Yeni orta büdcəli OnePlus Nord N300 smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
25.10.2022
Emil
OnePlus şirkəti Nord N300 adlı yeni büdcəli smartfonunu təqdim edib. Təqdim edilmiş sözügedən smartfon Nord N200 modelinin davamçısıdır və onunla müqayisədə bütün texniki özəlliklər üzrə yenilənib. Xarici görünüşcə isə yeni smartfon Nord N200-dən heç də fərqlənmir. Beləliklə OnePlus Nord N300 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.56 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.


Bununla yanaşı Nord N300 modeli özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Texniki göstəricilər baxımından smartfon MediaTek Dimensity 810 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 48 MP (f/1.79 diafraqma, 79.8 dərəcə bucaq əhatəsi, elektron stabilizasiya) + 2 MP (f/2.4 diafraqma) ikili arxa kamera, 8 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OxygenOS 12 interfeysli Android 12 vasitəsilə çalışır. OnePlus Nord N300 modeli 3 noyabr tarixində 228$ qiymətində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
