Logo
    Yeni televizor seçirsiniz? Samsung Crystal UHD 2026 ailəniz üçün ideal seçim ola bilər

    Yeni televizor seçirsiniz? Samsung Crystal UHD 2026 ailəniz üçün ideal seçim ola bilər

    Cihazlar+
    16.11.2026
        Yaxşı təsvir təkcə ekranın ölçüsü deyil, həm də rəng, aydınlıq və rahatlıqdır. Gündəlik izlədiyimiz serial, futbol matçı və ya uşaqların sevdiyi cizgi filmi də bunu hiss etdirməlidir, amma hər televizor bunu təmin edə bilmir. Samsung-un 2026-cı il Crystal UHD seriyası 4K təsviri, ağıllı funksiyaları və uzunmüddətli dəstəyi əlçatan qiymətlə təqdim edərək bu boşluğu doldurmağa çalışır. Yeni televizor seçənləri maraqlandıran əsas suallara cavab verdik.

        Crystal UHD nədir?
        Crystal UHD Samsung-un 4K televizor seriyasıdır. Canlı rənglər, aydın təsvir və ağıllı funksiyaları əlverişli qiymətlə bir araya gətirir. 2026 seriyasına U7000, U8000, U8500 və U9000/U9500 kimi modellər daxildir. UHD «Ultra High Definition» sözlərinin qısaltmasıdır və 4K (3840 × 2160) həllini bildirir. «Crystal» isə Samsung-un bu televizor seriyasının brend adıdır və kristal kimi təmiz təsviri ifadə edir.

        Crystal UHD televizorlarının ekran həlli nə qədərdir?
        Bu televizorlar 4K (3840 × 2160) həllini dəstəkləyir. Yəni Full HD ilə müqayisədə təsvir daha dəqiq və detallıdır.

        Crystal Processor 4K nə işə yarayır?
        Prosessor təsviri təhlil edir və 4K keyfiyyətinə yaxınlaşdırır. Nəticədə aşağı həllə malik video, telekanal və ya film də daha aydın və səliqəli görünür.

        Crystal UHD Vision AI Companion-u dəstəkləyirmi?
        Bəli, Crystal UHD modelləri Vision AI Companion-u dəstəkləyir. Bu, televizoru idarə etməyi və lazımi məzmunu daha tez tapmağı asanlaşdıran süni intellekt köməkçisidir. Quick Remote funksiyası isə smartfonunuzu klaviaturalı pultə çevirir, beləliklə film adını düymələrlə yığmağa ehtiyac qalmır. Qeyd edək ki, Vision AI Companion hazırda Azərbaycan dilini dəstəkləmir. Funksiyanın imkanları modelə və bazara görə fərqlənə bilər.

        Crystal UHD 2026 oyunlar və futbol izləmək üçün uyğundurmu?
        Bəli. Samsung Crystal UHD 2026 televizorlarında Gaming Hub vasitəsilə oyunları ayrıca konsol almadan birbaşa ekranda işə salmaq mümkündür. Futbol izləmək üçün isə televizorda xüsusi futbol rejimi var: o, idman yayımları üçün təsviri və səsi optimallaşdırır, beləliklə matç daha canlı və təbii görünür. Beləliklə, eyni televizor həm uşaqların oyunu, həm də futbol axşamı üçün yararlıdır.

        Crystal UHD SmartThings-i dəstəkləyirmi?
        Bəli, Crystal UHD modelləri SmartThings-i dəstəkləyir. SmartThings Samsung-un ağıllı ev platformasıdır və uyğun cihazları bir yerdən izləməyə və idarə etməyə imkan verir. Əsas imkanlar, yəni cihazların izlənməsi və idarə olunması, bütün seriyalarda mövcuddur. Ancaq bəzi irəli funksiyalar modelə görə fərqlənə bilər.

        Hansı ölçünü seçməliyəm?
        Samsung Crystal UHD 2026 seriyası 43 düymdən 98 düymədək geniş ölçülər diapazonunda təqdim olunur. Yataq otağı və mətbəx üçün Crystal UHD-nin kiçik ölçüləri, qonaq otağı üçün isə 55–65 düym münasibdir. Böyük otaqlar üçün daha böyük ekranlar da mövcuddur. Azərbaycanda mövcud Crystal UHD ölçülərini rəsmi partnyor mağazalarda dəqiqləşdirin.

        Crystal UHD nə qədər müddət yenilənəcək və məlumatlarım qorunurmu?
        Samsung yeddi ilədək proqram yeniləmələrini zəmanət verir, beləliklə televizor uzun müddət aktual qalır. Şəxsi məlumatların qorunması isə Samsung Knox platforması ilə təmin olunur.

        Texniki xüsusiyyətlər:
    • Ekran: 43–98 düym, 4K (3840 × 2160), Crystal UHD
    • Prosessor: Crystal Processor 4K, Vision AI Companion
    • Rəng: Color Booster (rənglərin yaxşılaşdırılması), modeldən asılı olaraq
    • Təsvir: HDR dəstəyi
    • Oyun: Gaming Hub, VRR və ALLM dəstəyi (modeldən asılı olaraq)
    • Yeniləmə tezliyi: 60–120 Hz
    • Əməliyyat sistemi: Tizen, One UI Tizen
    • Dizayn: MetalStream dizayn, nazik çərçivə
    • Smart ev və qoşulma: SmartThings dəstəyi
    • Təhlükəsizlik və yeniləmə: Samsung Knox təhlükəsizlik platforması, 7 ilədək proqram yeniləmələri

        Haradan almaq olar?
        Samsung-un Azərbaycandakı seçilmiş rəsmi partnyor mağazalarından və onların onlayn platformalarından əldə edə bilərsiniz:

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...