
Yenilənmiş Honor X50 GT-nin texniki göstəriciləri ortaya çıxıb
Cihazlar+
18.10.2023
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Honor şirkəti Honor X50 GT smartfonunun yeni versiyası üzərində çalışır. İndi yenilənmiş Honor X50 GT-nin hansı texniki göstəricilərə sahib olacağı barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən yenilənmiş Honor X50 GT Full HD+ keyfiyyətli 6.81 düym ekranla təchiz olunacaq və Snapdragon 888 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Honor X50 GT özündə 8 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, 50 MP-lik əsas arxa kameranı, 16 MP-lik ön kameranı və 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumata əsasən yenilənmiş Honor X50 GT-nin təqdimatı yaxın zamanda baş tutacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Daha bir yeni Honor Play smartfonunun təqdimatı anons edilib
Honor şirkəti özünün Honor Play smartfon seriyasının daha bir modelinin təqdimatını anons edib. Söhbət, Honor Play 8T-dən gedir.

Cihazlar+
Qatlana bilən Honor Magic Vs 2 smartfonunun təqdimatı anons edilib
Biraz əvvəl xəbər verdik ki, Honor şirkəti bu həftə yeni qatlana bilən smartfonunu təqdim edə bilər.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
