main-post-cover

    OnePlus şirkəti Barselonada özünün ilk 5G smartfon modelini sərgiləyib (MWC 2019)

    Digər
    MWC 2019
    27.02.2019
    Farid Pardashunas
        
    Hal hazırda Barselonada keçirilən MWC 2019 sərgisində OnePlus şirkəti tam hazır şəkildə özünün heç bir smartfon modelini təqdim etməsə də ilk 5G smartfon modelinin prototipini sərgiləyib. Şirkətin ilk 5G dəstəkli smartfon modelinin təqdimatı bağlı qapılar arxasında keçirilib. Lakin sözügedən smartfon şirkətin stendində xüsusi şüşə panelin daxilində yerləşdirilib. Təəssüflər olsun ki, xüsusi şüşə panelə görə smartfonu detallı şəkildə incələmək mümkün olmayıb. Stenddə quraşdırılmış prototipin ekranında 5G şəbəkəsi vasitəsilə bulud texnologiyası üzərindən oynanılan mobil oyun əks olunurdu.

        Qeyd etmək lazımdır ki, smartfonun ekranı uzadılmış formada hazırlanıb. Çox güman ki, ekran 21:9 nisbətindədir. Bundan əlavə olaraq fotolardan da görmək olar ki, çox güman ki, smartfon ekranında çıxıntı hissə olmayacaq. Buna görə də ön kameranın harada yerləşəcəyi barəsində heç bir təsəvvür yoxdur. Lakin artıq məlumdur ki, OnePlus şirkətinin ilk 5G şəbəkə dəstəkli smartfonu Snapdragon 855 prosessoru və Snapdragon X50 5G modemi ilə təchiz olunacaq. Smartfonun tam təqdimat tədbiri isə bu ilin may ayında İngiltərənin EE adlı mobil operatorunun iştirakı ilə baş tutacaq. Gözləntilərə əsasən smartfon 800-850$ qiymətində satılacaq.
    Qeyd edək ki, MWC 2019 yayımlarımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.
    Linki kopyala