Logo
    main-post-cover

    ABŞ-nin 5 şəhərində fəaliyyət göstərən Waymo sürətlə genişlənir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Alphabet-ə məxsus Waymo-nun robotaksi xidməti son aylarda kəskin şəkildə böyüyüb. Şirkət bu ilin əvvəlində həftəlik 250 min səfər etdiyini açıqlamışdı. Lakin CNBC-nin əldə etdiyi Tiger Global investor məktubu real göstəricilərin bundan daha yüksək olduğunu təsdiqləyib.
    top of Waymo car, showing equipment on roof
        Məktuba əsasən, Waymo hazırda həftədə 450 min robotaksi səfəri həyata keçirir. Bu rəqəm cəmi altı ay ərzində demək olar ki, iki dəfə artım deməkdir. Tiger Global şirkətin ən uğurlu investisiyalarından biri kimi Waymo-nu xüsusi qeyd edib və hazırkı fond gəlirlərinin əsas hissəsinin OpenAI, Databricks və Waymo kimi şirkətlərdən gəldiyini bildirib.
        Waymo hazırda Atlanta, Austin, Los-Anceles, Finiks və San-Fransisko körfəzi daxil olmaqla beş bölgədə kommersiya xidmət göstərir. Artan tələbat səbəbilə şirkət 2026-cı ildə Dallas, Denver, Hyuston, Neşvil və San-Dieqo da daxil olmaqla 12 yeni şəhərdə fəaliyyətə başlamağı planlaşdırır.
     
    Paylaş