Logo
    main-post-cover

    Avtonom avtomobil canlıya reaksiya vermədi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin Austin şəhərində baş verən hadisə pilotsuz avtomobillərin təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə səbəb olub. Mueller Lake ərazisində fəaliyyət göstərən Avride şirkətinə məxsus avtonom avtomobil bir ana ördəyi vuraraq öldürüb.
    Avride autonomous vehicle
        Hadisə yerli sakinlərdən birinin sosial şəbəkədə paylaşımı ilə gündəmə gəlib. Şahidlərin sözlərinə görə, avtomobil ördəyi vurarkən nə sürətini azaldıb, nə də dayanmağa cəhd edib. Bildirilir ki, avtomobil həmin anda avtonom rejimdə olub, sükan arxasında isə təhlükəsizlik operatoru əyləşib. Məsələni daha həssas edən detal isə öldürülən ördəyin yerli sakinlər tərəfindən tanınmasıdır. O, yaxınlıqdakı restoranın qarşısında yuva qurmuşdu və bölgə sakinləri tərəfindən qorunurdu.
        Avride şirkəti hadisəni təsdiqləyərək bildirib ki, avtomobilin davranışı və sensor məlumatları analiz edilib. Şirkət qeyd edir ki, insidentdən sonra Mueller Lake ətrafındakı bəzi küçələr test zonası xaricinə çıxarılıb. Eyni zamanda, oxşar halların qarşısını almaq üçün simulyasiya mühitində əlavə testlər aparılır.
    Paylaş