Logo
    main-post-cover

    C-HR+ elektrikli krossoveri təqdim edilib

    Nəqliyyat
    12.03.2025
    Emil
         Toyota model sırasına yeni elektrikli versiya əlavə edib. Söhbət, C-HR+ adlı elektrikli krossoverdən gedir. Bu elektrikli krossover hazırda yalnız Avropa bazarı üçün elan edilib, lakin yan reflektorlara malik faralar avtomobilin Amerika versiyasının da istehsal olunma ehtimalını artırır. Toyota C-HR+ 2022-ci ildə təqdim edilmiş Toyota Compact SUV konseptinin seriyalı versiyasıdır. Yeni elektrikli model daxiliyanma mühərrikli (DYM) versiya ilə oxşarlıq daşısa da, ölçülərinə görə daha böyükdür və tamamilə fərqli platformada - Toyota e-TNGA battery bazasında qurulub.
         Halbuki standart C-HR modeli TNGA (GA-C) platformasında istehsal olunur. Başqa sözlə, yeni C-HR+ texniki baxımdan C-HR modelindən çox Toyota b-ə yaxındır. Avtomobilin uzunluğu 4520 mm, təkər bazası isə 2750 mm-dir. Müqayisə üçün: İkinci nəsil Toyota C-HR 4360 mm uzunluğa və 2640 mm təkər bazasına malikdir. Gələcək alıcılara Toyota C-HR+ modelinin həm ön ötürücülü, həm də tam ötürücülü versiyalarının təqdim olunacağı vəd edilib. Hazırda elan edilən texniki göstəricilər belədir:
    Batareya göstəriciləri:
    - 57.7 kilovat/saat (yalnız ön ötürücülü versiya)
    - 77 kilovat/saat (ön və tam ötürücülü versiya)
    - WLTP standartına görə maksimal yürüş ehtiyatı: 600 km-ə qədər
    Maksimum güc variantları:
    - 167 at gücü (123 kilovat)
    - 224 at gücü (165 kilovat)
    - 343 at gücü (252 kilovat)
    - 0-dan 100 km/saat sürətlənmə (77 kilovat/saat batareyalı AWD versiya): 5.2 saniyə.
         Toyota C-HR+ modelinin standart komplektasiyasına 11 kilovat gücündə bort şarj cihazı daxildir. High Grade versiyası isə 22 kilovat gücündə şarj cihazı ilə təchiz olunub. Sürətli DC (daşınmaz cərəyan) şarj gücü 150 kilovat-a qədər çata bilər. Enerjinin daha səmərəli istifadəsi üçün yeni C-HR+ modelində istilik nasosu və batareyanın əvvəlcədən hazırlanması funksiyası mövcuddur. Standart komplektasiyada Toyota Safety Sense təhlükəsizlik sistemləri paketi və bir sıra sürücüyə kömək sistemləri təqdim olunur.
         Kor sahələrin monitorinqi, adaptiv uzun məsafəli faralar, avtomatik parklanma əyləci. High versiyasına isə əlavə olaraq növbəti funksiyalar daxildir. Avtopark sistemləri və panoramik baxış kameraları. Bütün Toyota C-HR+ modellərinin standart komplektasiyasına 14 düym ölçülü multimedia ekranı daxildir. Naviqasiya sistemi avtomobilin batareya səviyyəsini nəzərə alaraq marşrutları şarj stansiyalarına uyğun şəkildə hesablayır. MyToyota mobil tətbiqi vasitəsilə sahiblər aşağıdakıları izləyə bilərlər:
    - Batareyanın vəziyyəti və şarj müddəti
    - Qalan yürüş ehtiyatı
    - Avtomobilin istifadə məlumatları
    Toyota C-HR+ satışları 2025-ci ildə Avropanın müəyyən bazarlarında başlayacaq. Qiymətlər isə hələ açıqlanmayıb.
    Mənbə: Toyota
    Paylaş