Logo
    Geely də BYD və Chery kimi öz avtopilot sistemini bütün avtomobillərinə inteqrasiya edəcək

    Geely də BYD və Chery kimi öz avtopilot sistemini bütün avtomobillərinə inteqrasiya edəcək

    Nəqliyyat
    05.03.2025
         Geely özünün G-Pilot adlı avtonom idarəetmə sistemini təqdim edib. Bu sistem şirkətin bütün brendlərində, o cümlədən Galaxy, ZeekrLynk & Co modellərində əlçatan olacaq. Geely, BYD Chery-dən sonra Çində bütün model sırasına avtomatlaşdırılmış idarəetmə sistemini tətbiq edəcəyini elan edən üçüncü avtomobil istehsalçısı oldu. G-Pilot 5 fərqli səviyyədə təqdim olunur və növbəti funksiyaları əhatə edir: Avtomatik parketmə, şosse və şəhər yollarında sürücüyə kömək və NOA (Navigation on Autopilot) - qapıdan-qapıya avtonom idarəetmə.
    - G-Pilot H1
    - G-Pilot H3
    - G-Pilot H5
    - G-Pilot H7
    - G-Pilot H9.
         G-Pilot sisteminin fərqli versiyaları müxtəlif səviyyəli avtonom idarəetmə imkanları təqdim edir. Baza versiyası - şosse yollarında sürücüyə kömək və avtomatik parketmə funksiyalarını təklif edir. Bu versiya 10 kamera və 5 millimetrlik radarlarla təchiz edilib. H5 versiyası - 11 kamera, 3 radar və lidar ilə təchiz olunub. HD xəritələr olmadan şəhər daxilində avtonom idarəetməni dəstəkləyir. H9 versiyası - bir neçə lidar sensoru ilə təchiz olunub və tam avtopilot sisteminə yüksəldilə bilər. Bu versiya avtomobili müxtəlif yol şəraitlərində müstəqil idarə edə bilir. G-Pilot sistemini ilk alan model Geely Galaxy E8 elektrik sedanı olub. Bu avtomobilin başlanğıc qiyməti 149 800 yuan (20 600$) təşkil edir. Texniki xüsusiyyətlər:
    - Baza versiya - 400-voltluq arxitektura, arxa ötürücülü sistem və 272 at gücünə sahib tək mühərrik
    - Yüksək səviyyəli versiya - 800-voltluq sistem, tam ötürücülü idarəetmə və ümumilikdə 646 at gücünə sahib iki mühərrik.
    - CLTC (Çin standartı) üzrə yürüş məsafəsi - 550-665 km.
    Mənbə: Carnewschina

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Geely də BYD və Chery kimi öz avtopilot sistemini bütün avtomobillərinə inteqrasiya edəcək