Logo
    main-post-cover

    GTA Online-ın yeni DLC-si “KnoWay” robotaksiləri ilə xaosa səbəb olur

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Grand Theft Auto Online üçün gələn son yenilənmə paketində “KnoWay” adlı, real şirkətlərə bənzər uydurma bir şirkətin robotaksiləri oyuna əlavə edilir və onların əsas məqsədi şəhərdə tam xaos yaratmaq kimi görünür.
        Rockstar Games-in paylaşdığı treylerdə üzəri lidar sensorları ilə örtülü KnoWay-in küçələrdə idarədən çıxmış şəkildə sürətləndiyi, digər maşınlara çırpıldığı və hətta reklam lövhələrini dağıtdığı göstərilir. 
        Bu isə hətta Waymo-nun real həyatda ən çox tənqid olunan insidentslərindən belə daha dağıdıcı təsir bağışlayır. Robotaksilər vizual olaraq Waymo-nun əvvəlki nəsil Chrysler Pacifica modellərini xatırladır. “A Safehouse in the Hills” adlanan yeni DLC 10 dekabrdan etibarən istifadəyə veriləcək.
        Treylerdəki robotaksilərin GTA üslubunda oyunçular tərəfindən ələ keçirildiyi, yoxsa tamamən nəzarətdən çıxdığı bəlli olmasa da, Rockstar-ın açıqlamasına görə oyunçular “kütləvi nəzarət şəbəkəsinin qurulmasının qarşısını almaq” üçün yeni, aksiyon dolu bir hekayəyə daxil olacaqlar.
    Paylaş