Kaliforniyada avtonom yük maşınlarına qoyulan qadağa götürülə bilər
Kaliforniya nəqliyyat tənzimləyiciləri uzun müddətdir müzakirə mövzusu olan qərarı yenidən gündəmə gətirib. Ştatın Avtomobil İdarəsi (DMV) ictimai magistrallarda sürücüsüz, ağırtonnajlı yük maşınlarının sınaqdan keçirilməsinə icazə verəcək yeni qaydaların yenilənmiş versiyasını açıqlayıb və bu dəyişikliklərin müzakirəsi üçün 15 günlük şərh müddəti açılıb. Müzakirələr 18 dekabrda başa çatacaq. Hazırda Kaliforniyada robotaksilər San-Fransisko və Los-Ancelesin bəzi bölgələrində geniş istifadə olunsa da, 10.000 funtdan (təxminən 4.5 ton) ağır olan sürücüsüz maşınların ictimai yollarda sınağı hələ də tam qadağandır. Buna görə də, bu sahədə fəaliyyət göstərən startaplar və böyük AV şirkətləri sınaqları əsasən Texas kimi digər ştatlarda aparır.
DMV-nin yeni təklifləri bu qadağanı aradan qaldırmağı hədəfləyir və bir neçə əsas yeniliyi özündə birləşdirir.
Yeni qaydalar nələri dəyişir?
1. Sürücüsüz yük maşınlarının mərhələli icazə prosesi
Yeni qaydalara əsasən, şirkətlər öncə sürücü təhlükəsizlik operatoru ilə sınağa başlamalıdır. Daha sonra ayrıca icazə ilə tam sürücüsüz rejimdə sınaq və daha sonra kommersiya məqsədli istifadəyə (deployment) keçmək mümkün olacaq.
2. Minimal test məsafəsi tələbi
Sürücüsüz iş rejiminə keçmək istəyən şirkətlər:
- Ümumilikdə 500.000 mil avtonom sınaq məsafəsi qət etməlidir;
- Bunun 100.000 mili mütləq Kaliforniyada, real fəaliyyət zonasında olmalıdır.
3. Polis üçün yeni səlahiyyətlər
Qaydalardakı yeniliklər hüquq-mühafizə orqanlarına sürücüsüz nəqliyyat vasitələrinə cərimə yazmaq imkanı yaradır. Robotaksilərin fəaliyyəti genişləndikcə bu məsələ aktuallaşıb.
4. Yüngül nəqliyyat vasitələri üçün də daha sərt hesabat tələbləri
Robotaksilər daxil olmaqla bütün AV istehsalçıları:
- DMV-yə daha tez-tez məlumat təqdim etməli,
- Fövqəladə hallarda ilk yardım xidmətləri ilə qarşılıqlı fəaliyyət planlarını yeniləməlidir.
Paylaş