
Porsche elektromobilllər ilə bağlı iddialı planlarından imtina edib
Bir neçə il əvvəl elektromobil bazarının inkişaf perspektivləri ilə bağlı yaranmış bir növ eyforiya bir çox avtomobil istehsalçılarını yalnız elektrik ötürməsinə keçid üçün qısa müddətlər təyin etməyə deyil, həm də batareyaların istehsalını öz qüvvələri ilə təşkil etməyə sövq etmişdi. Bazarın son dəyişikliklərini qiymətləndirən Porsche isə bu bu məsələdə həvəskarların sırasından çıxaraq yalnız tədqiqat və işləmələrə fokuslanmaq qərarına gəlib. Bu həftə Porsche açıqlayıb ki, ana markanın ehtiyacları üçün kütləvi batareya istehsalını təşkil etməli olan törəmə şirkəti Cellforce Group bundan sonra yalnız elmi-tədqiqat fəaliyyətinə yönələcək. Bununla yanaşı, Volkswagen-in tərkibində fəaliyyət göstərən və PowerCo adlanan oxşar qurum islahatlara məruz qalmayacaq, hətta Cellforce-dan işdən çıxarılan bəzi mütəxəssisləri özündə yerləşdirə biləcək.

Porsche-in batareyalarını öz gücü ilə istehsal etməkdən imtina etməsinin əsas səbəbi - istehsal həcmlərinin məhdudluğu və geniş miqyasda istehsalın gətirdiyi qənaətin olmamasıdır. Porsche kifayət qədər məşhur marka olsa da və vaxtilə ana konsern Volkswagen-i iflasdan xilas etsə də, kütləvi modellərin yayğınlığı ilə rəqabət apara bilmir. Bundan əlavə, müxtəlif, lakin bir-biri ilə əlaqəli səbəblərdən ABŞ və Çin bazarlarında Porsche məhsullarının satışı şirkətə bu regionlara batareya istehsalı planlarının formalaşdırılmasında arxalanmağa imkan vermir. Xüsusi olaraq vurğulanır ki, Porsche heç bir halda elektromobil istehsalından imtina etmir, söhbət yalnız onlar üçün batareyalarının istehsalı biznesindən gedir.
Ötən yarım ilin yekunlarına görə, Avropada satılan bu markanın avtomobillərinin 57%-i müəyyən kombinasiyalarda elektrikli mühərriklərinə malik olub. Qlobal miqyasda isə onların payı 36%-ə çatıb, lakin bu statistikaya hibridlər də daxildir. Ümumilikdə, Porsche qarşısına müəyyən bir tarixə qədər daxili yanma mühərriki ilə işləyən modellərdən tamamilə imtina etmək məqsədini qoymadan, növbəti onillikdə də hibridlərin və elektromobillərin paralel istehsalını davam etdirmək niyyətindədir. Porsche-in bütün əsas məhsul kateqoriyalarında - ikiqapılı sportkarlar, idman sedanları və idman krossoverlərində müştərilərə 3 növ güc qurğusundan seçim imkanı təqdim ediləcək.

Şirkət Cayenne və Porsche 718-in tam elektrikli versiyalarını buraxmağı planlaşdırır, buna görə də batareya istehsalını öz gücü ilə həyata keçirməkdən imtina etməsi markanın elektromobil çeşidinin genişlənməsini dayandırmayacaq. Bir çox Avropa avtomobil istehsalçıları model sırasının elektrikləşdirilməsi planlarını yenidən nəzərdən keçirməyə məcbur olublar. Bunu artıq Volvo, Volkswagen, Mercedes-Benz, Audi, BMW həyata keçirib, Stellantis konserninə aid Opel markası isə 2028-ci ildən Avropa bazarında daxili yanma mühərriki ilə işləyən avtomobillərin satışından imtina etmək qərarını dəyişdiyini açıqlayıb. Bununla belə, Opel-in hər bir modeli tam elektrikli variantda da mövcuddur, bu da ən müxtəlif alıcıların tələblərini qarşılamağa imkan verir.
Paylaş