Robotaksilərin genişlənməsi fonunda təhlükəsizlik ilə bağlı tənqidlər artır
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, son günlər avtonom nəqliyyat sahəsində ard-arda yeni elanlar verilir və robotaksi xidmətləri müxtəlif şəhərlərdə real istifadəyə doğru daha da yaxınlaşır.
Waymo artıq Filadelfiyada təhlükəsizlik işçisi ilə birlikdə avtonom taksilərin testinə başlayıb. Şirkət eyni zamanda Baltimor, Sent-Luis və Pittsburqda məlumat toplamaq üçün əl rejimində idarə olunan avtomobillər göndərəcək. Bununla yanaşı, Uber və Avride Dallasda robotaksi xidmətini istifadəyə verib. İlkin mərhələdə sükan arxasında təhlükəsizlik operatoru olacaq. Digər önəmli yenilik isə Kaliforniya DMV-nin qaydalara etdiyi dəyişikliklərdir. Yeni qaydalar şirkətlərə ştat yollarında pilotsuz yük maşınlarını test etməyə və daha sonra kommersiya istifadəsinə çıxarmağa imkan verəcək.
Autonom nəqliyyat şəhərlərdə böyüdükcə, tənqidlər və problemlər də artır. Bəzi son hadisələr təhlükəsizliklə bağlı narahatlığı daha da gücləndirib. ABŞ Yol Təhlükəsizliyi Administrasiyası (NHTSA) Waymo-dan əlavə məlumat tələb edib. Austin məktəb dairəsi robotaksilərin il ərzində 19 dəfə məktəb avtobuslarını qanunsuz ötməsi barədə məlumat verib. Agentlik artıq Waymo-nun məktəb avtobusları ilə davranışı ilə bağlı rəsmi araşdırma açıb.
Paylaş