Logo
    main-post-cover

    Tesla ABŞ-də 7 yerlik Model Y-ni təqdim etdi

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Tesla ABŞ bazarında Model Y üçün yenidən 7 yerlik oturacaq konfiqurasiyasını təqdim edib. Lakin bu, istifadəçilərin gözlədiyi daha iri və rahat versiya deyil.
    Tesla Model YL
        Yeni seçimdə üçüncü sıra oturacaqlar sadəcə mövcud Model Y-nin baqaj hissəsinə yerləşdirilib. Bu opsiya PremiumPerformance versiyaları üçün əlavə 2 500 dollar təşkil edir. Nəticədə avtomobilin tutumu 7 nəfərə çatır, amma üçüncü sıra olduqca dar olduğundan böyüklər üçün praktik deyil və əsasən kiçik uşaqlar üçün nəzərdə tutulub. Halbuki Çində satılan Model YL versiyası tamam fərqlidir. Uzadılmış təkər bazası sayəsində avtomobil 186 mm daha uzundur və üçüncü sırada ayaq məsafəsi xeyli rahatdır. Bu fərq Tesla-nın rəsmi görüntülərində də açıq şəkildə görünür.
        Qeyd edək ki, ABŞ və Avropa bazarlarında bu cür “sıxışdırılmış” 7 yerlik Model Y əvvəllər də təklif olunmuşdu, lakin uzunömürlü olmamışdı. Yeni versiyanın bazarda nə qədər qalacağı isə hələ sual altındadır.
    Paylaş