Logo
    main-post-cover

    Tesla Autopilot-u ləğv edir

    Nəqliyyat
    23.01.2026
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Tesla avtomobillərində standart olaraq təqdim etdiyi Autopilot sürücüyə dəstək sistemini rəsmi şəkildə dayandırıb. Şirkət bu addımı daha inkişaf etmiş Full Self-Driving (Supervised) proqram təminatının istifadəsini artırmaq məqsədilə atıb.
         Bu qərar Tesla-nın ABŞ-dəki ən böyük bazarı olan Kaliforniyada ciddi hüquqi problemlərlə üzləşdiyi bir vaxta təsadüf edir. Dekabr ayında məhkəmə Tesla-nın Autopilot və Full Self-Driving texnologiyalarının imkanlarını illər boyu şişirtdiyini və yanıltıcı marketinq apardığını müəyyən edib. Kaliforniya DMV-si (Nəqliyyat Departamenti) şirkətə qərara uyğunlaşmaq üçün 60 gün vaxt verib və bu çərçivədə Tesla “Autopilot” adından imtina etməli olub.
        Autopilot sistemi əsasən iki funksiyadan ibarət idi:
        •    Traffic Aware Cruise Control – sürəti saxlayaraq öndəki avtomobillə məsafəni qoruyan sistem
        •    Autosteer – avtomobili zolaqda saxlayan sükan dəstəyi
        Hazırda Tesla-nın rəsmi konfiqurasiya saytında yeni avtomobillərin yalnız Traffic Aware Cruise Control ilə təchiz olunduğu göstərilir. Mövcud istifadəçilərin bu dəyişiklikdən təsirlənib-təsirlənməyəcəyi isə hələlik açıqlanmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Tesla Autopilot-u ləğv edir | Technote