Logo
    main-post-cover

    Tesla qapıları ilə bağlı qəzalar yenidən gündəmdə!

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ABŞ-də Tesla markalı avtomobillərlə bağlı təhlükəsizlik müzakirələri yenidən gündəmə gəlib. 2025-ci ilin oktyabrında baş verən və yeni məhkəmə iddiasında detalları açıqlanan hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Bloomberg-in məlumatına görə, 20 yaşlı Samuel Tremblett Massaçusets ştatı yaxınlığında 2021-ci il istehsalı olan Tesla Model Y avtomobili ilə hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Gənc sürücü ilkin zərbədən sağ çıxsa da, iddiaya əsasən, avtomobilin elektrik qapı sistemində yaranan nasazlıq səbəbindən maşından çıxa bilməyib.
        Məhkəmə iddiasında qeyd olunur ki, Tesla avtomobillərində qapıları idarə edən ayrıca aşağı gərginlikli batareya mövcuddur. Bu batareya sıradan çıxdıqda, qapılar normal qaydada açılmır. Mexaniki açma mexanizmi olsa da, bir çox sürücü onun yerindən və necə işlədiyindən xəbərsizdir. Panika vəziyyətində isə bunu xatırlamaq demək olar ki, mümkünsüzdür. Bloomberg-in əvvəlki araşdırmasına görə, Tesla-nın elektron qapı sistemləri ilə əlaqəli ən azı 15 ölüm hadisəsi qeydə alınıb. Son iddia isə şirkətin “qüsurlu və təhlükəli avtomatik qapı mexanizmi” satmaqda və istifadəçiləri kifayət qədər məlumatlandırmamaqda ittiham olunduğunu göstərir. Tesla isə ötən il açıqlamışdı ki, “ciddi qəza” zamanı avtomobillərin qapıları avtomatik açılacaq şəkildə proqram təminatı yenilənəcək.
    Paylaş