Logo
    main-post-cover

    Waymo 16 milyard dollarlıq yeni investisiya raundu ilə 110 milyard dollar dəyərə çata bilər

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Alphabet-ə məxsus avtonom taksi şirkəti Waymo yeni maliyyələşmə raundunu demək olar ki, yekunlaşdırıb. Financial Times nəşrinin məlumatına görə, 16 milyard dollar həcmində olan bu investisiya raundu şirkətin dəyərini 110 milyard dollara yüksəldə bilər.
        Mənbələrin bildirdiyinə görə, investisiyanın dörddə üçündən çoxu Waymo-nun ana şirkəti olan Alphabet tərəfindən təmin ediləcək. Qeyd edək ki, Waymo ilkin olaraq Alphabet-in “moonshot factory” kimi tanınan X laboratoriyasında yaradılıb. Yeni investisiya raunduna Dragoneer, Sequoia Capital və DST Global kimi iri fondların qoşulduğu, mövcud investorlar Andreessen Horowitz və Əbu-Dabi suveren fondu Mubadalanın da iştirak etdiyi bildirilir.
        TechCrunch-ın sorğusuna cavab olaraq Waymo nümayəndəsi maliyyə detallarını şərh etmədiklərini desə də, şirkətin inkişaf trayektoriyasının aydın olduğunu vurğulayıb: “20 milyondan çox səfər tamamlamışıq və avtonom mobilliyə olan böyük tələbatı qarşılamaq üçün təhlükəsizlik əsaslı əməliyyat mükəmməlliyinə və texnoloji liderliyə fokuslanırıq”.
    Paylaş