Logo
    main-post-cover

    Xiaomi ailə avtomobilləri bazarına yeni SUV seriyası ilə daxil olur

        Xiaomi elektrik avtomobil portfelini genişləndirərək yeni Sky Nomad adlı SUV seriyasını təqdim edib. Şirkət bu modellə indiyədək diqqət mərkəzində olan idman üslublu SU7YU7 sedanlarından fərqli olaraq, ailələr üçün nəzərdə tutulmuş geniş və çoxfunksiyalı avtomobil seqmentinə daxil olmağı hədəfləyir. Xiaomi-nin təsisçisi və baş direktoru Lei Jun bildirib ki, SU7 və YU7 "sürücü avtomobili" kimi hazırlanıbsa, Sky Nomad isə "təkərlər üzərində yaşayış məkanı" konsepsiyasını təqdim edir. 
        Yeni SUV seriyası Xiaomi-nin sıfırdan hazırladığı Kunlun platforması üzərində qurulub. Tam düz döşəmə və rels üzərində hərəkət edən oturacaqlar salonun müxtəlif formalarda yenidən təşkil edilməsinə imkan yaradır. İlk modelin daxili kod adı Kunlun N3 olsa da, satışa N90 adı ilə çıxacağı gözlənilir. Uzunluğu 5,3 metrdən çox, təkər bazası isə 3,1 metr olacaq bu tamölçülü SUV Xiaomi-nin əvvəlki avtomobillərindən fərqli olaraq tam elektrikli deyil.
    Xiaomi officially unveils Sky Nomad name, possibly new brand or series for  EREV SUV push - CnEVPost
        Model uzadılmış yürüş ehtiyatına malik elektrik avtomobili (EREV) olacaq. Burada istifadə olunan 1,5 litrlik turbomühərrik təkərləri hərəkət etdirmir, yalnız batareyanı enerji ilə təmin edən generator funksiyasını yerinə yetirir. 70 kVt·s-dan böyük batareya ilə birlikdə avtomobilin yalnız elektrik enerjisi ilə 400–500 km, ümumi yürüş məsafəsinin isə 1 500 km-dən çox olacağı bildirilir. Sky Nomad dizayn baxımından da Xiaomi-nin əvvəlki modellərindən fərqlənir. Avtomobil daha sərt və kvadrat formalı kuzova, dam üzərində LiDAR sensoruna və elektriklə açılan yan pillələrə sahib olacaq. Modelin həm 5, həm də 7 yerlik versiyalarının təqdim ediləcəyi gözlənilir. 7 yerlik variantın isə zavoddan inteqrasiya olunmuş dam çadırı ilə təklif ediləcəyi bildirilir.
        Rəsmi qiymət açıqlanmasa da, Çin mənbələrinin məlumatına görə, modelin başlanğıc qiyməti təxminən 200 min yuan (təxminən 29 400 ABŞ dolları) olacaq. Bu isə onu Li Auto L9 və Huawei dəstəkli Aito M9 kimi rəqiblərdən daha əlçatan edə bilər. Xiaomi 2026-cı ildə 550 min avtomobil təhvil verməyi planlaşdırır. Şirkət ilin ilk yarısında 185 mindən bir qədər çox avtomobil satdığı üçün bu hədəfə çatmaq məqsədilə ilin qalan hissəsində aylıq satış tempini əhəmiyyətli dərəcədə artırmalı olacaq. Şirkət bildirib ki, Sky Nomad seriyasının ilk modeli 2026-cı ilin ikinci yarısında satışa çıxacaq.
    Paylaş