main-post-cover

    Johnny English seriyası geri qayıdır

    Digər
    Oyun və Film
    07.04.2018
    Orxan Oguz
        Sevilən ingilis komediya film seriyasının üçüncü filmi ''Johnny English yenidən iş başında''-nın türkcə altyazılı fraqmenti yayımlanıb. 
        3-cü filmdə Rowan Atkinson çox sevilən gizli agent roluna qayıdır. Yeni macəra, kiber hücumun İngiltərədəki bütün aktiv gizli agentlərin şəxsiyyətlərini ortaya çıxarması və Johnny English-in gizli servisin son ümidi olaraq vəzifəyə gəlməsiylə başlayır.
        Bill Miller köməksevər Angus Bough kimi geri qayıdarkən, Emma Thompson yeni prezidenti, Olya Kurylenko isə filmdə mənfi obrazı canlandıracaq. Atkinson-a baş rollarda Bill Miller, Olga Kurylenko, Emma Thompson və Jake Lacy-nin müşayət etdiyi, rejissorluğuna David Kerr-in cəlb olunduğu ''Johnny English yenidən iş başında'' 5 oktyabr 2018-ci ildən bizlərlə olacaq.
        Atkinson özünü dünyaya tanıtdıran Mr. Bean obrazını ilk dəfə 1988-ci ildə Thames Televiziyasında oynayıb. 1994-cü ildə ''Four Wedding and a Funeral'' filmi ilə dünya miqyasında sevilən məşhur aktyor sonuncu dəfə Mr. Bean's Holiday filmində yer alıb. Bu filmindən sonra Atkinson bir də heç vaxt Mr. Bean filmi çəkməyəcəyini elan etmişdi
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər