
Növbəti 'Battlefield' oyunu süjet xəttinə sahib olacaq
Digər
Oyun və Film
29.06.2022
Emil Nəcəfov
“Battlefield” seriyasının növbəti oyunu oyunçulara süjet xətti (singleplayer rejimi) təqdim edəcək. Bu barədə məlumat Battlefield Seattle studiyasının vakansiyalarında qeyd edilib. Qeyd etmək lazımdır ki, sözügedən studiya 2021-ci ildə təsis edilib və o, “Battlefield” seriyasının inkişafı ilə məşğul olmalıdır. Hal hazırda EA şirkəti yeni studiya üçün dizayn direktor axtarışındadır. Sözügedən vəzifədə çalışacaq şəxs növbəti “Battlefield” oyunu üçün singleplayer rejimin hazırlanma mərhələsinə rəhbərlik etməli olacaq.
EA isə öz növbəsində yeni oyunda “Battlefield” seriyasnın əsas özəlliklərini özündə birləşdirəcək yüksək keyfiyyətli singleplayer rejim əldə etmək istəyir. Dizayn direktor vəzifəsinə axtarılan şəxs oyun studiyalarında rəhbərlik vəzifəsində minimum 10 illik iş təcrübəsinə sahib olmalıdır. Növbəti “Battlefield” oyununun nə zaman satışa çıxa biləcəyi barəsində məlumat verilməyib. Hal hazırda DICE studiyası öz əsas diqqətini “Battlefield 2042”-nin inkişafına yönəldib. Studiya qeyd edib ki, o, “Battlefield 2042”-nin inkişaf etdirilməsi prosesinə o qədər diqqət ayırıb ki, digər oyun seriyaları üzərində çalışmaq barəsində söhbət belə gedə bilməz.
Linki kopyala
Həftənin xəbərləri

