main-post-cover

    Növbəti 'The Witcher' oyununun hansı hazırlanma mərhələsində olduğu məlum olub

    Digər
    Oyun və Film
    26.05.2022
    Farid Pardashunas
        Polşanın CD Projekt RED şirkəti bu ilin birinci rübü üzrə hesabatını təqdim edən zaman növbəti “The Witcher” oyununun hazırlanma mərhələsi barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, yeni “The Witcher” oyununun hazırlandığı rəsmi şəkildə mart ayında anons edilmişdi. İndiyənə kimi oyunun hansı hazırlanma mərhələsində olduğu barəsində məlumat verilməmişdi. İndi verilmiş məlumata əsasən isə şirkət oyunun hazırlanması üzrə tədqiqat mərhələsini artıq geridə qoyub və onun ilkin hazırlanma mərhələsinə keçid edib.
        Adətən ilkin hazırlanma mərhələsində şirkətlər hazırlanma prosesinin planlaşdırılmasını, oyunun təsvirini əks etdirəcək dokumentasiyanın və prototipin tərtib edilməsini reallaşdırırlar. Qeyd etmək lazımdır ki, yeni “The Witcher” oyunu Unreal Engine 5 oyun mühərriki əsasında hazırlanır. CD Projekt RED-in rəhbəri olan Adam Kicinski bildirib ki, Unreal Engine 5 mühərrikinə keçid öz növbəsində artıq müsbət nəticələri sərgiləyir. Belə ki, Epic Games şirkətinə məxsus olan sözügedən oyun mühərriki müxtəlif tapşırıqların sürətli şəkildə reallaşdırılması imkanını verir.
        Daha öncə isə CD Projekt RED özünün RED Engine mühərrikini müəyyən tələblər üçün adaptasiya etməli və şirkətə gəlmiş yeni insanları bu mühərrikdən istifadə üzrə təlimatlandırmalı olurdu. Lakin Unreal Engine ilə vəziyyət daha sadədir. Belə ki, CD Projekt RED-də çalışmaq istəyən şəxslərin çoxu Unreal Engine təcrübəsinə sahibdir. Kicinski-nin sözlərinə əsasən bu oyun mühərriki həmçinin open-world tərz oyunların hazırlanması üçün də idealdır. Yeni “The Witcher” oyununa gəldikdə isə onun hətta təqribi olaraq nə zaman satışa çıxacağı barəsində məlumat yoxdur. Növbəti oyunun adı qarşısında 4 rəqəmi olmayacaq və o, “The Witcher” dünyasının tamamilə yeni süjet hadisələrini əhatə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər