main-post-cover

    Nüfuzlu insayder Hideo Kojima-nın yeni oyunu barəsində məlumatlar verib

    Digər
    Oyun və Film
    08.06.2022
    Farid Pardashunas
        Tom Henderson adlı nüfuzlu insayder “Metal Gear Solid” oyun seriyasının və “Death Stranding” oyununun yaradıcısı olan Hideo Kojima-nın yeni oyunu barəsində məlumatlar verib. Beləliklə Henderson-un verdiyi məlumata əsasən Kojima Productions studiyasının hal hazırda hazırladığı yeni oyun “Overdose” adını əldə edib. Hər halda oyun hal hazırda bu cür adlanır. Lakin onun final versiyasının eyni adı əldə edib-etməyəcəyi bilinmir. Bununla yanaşı qeyd edilib ki, hazırlanan yeni oyun horror (qorxu) janrındadır və oyunda baş personaj qismində aktrisa Margaret Qualley çıxış edəcək.
        Qeyd etmək lazımdır ki, sözügedən aktrisa həmçinin ‘Death Stranding” oyununda Mama obrazını canlandırmışdı. Oyunun Henderson-a sərgilənmiş ilkin versiyasında Margaret Qualley-nin canlandırmış olduğu personaj mavi rəngli donda fənər ilə birlikdə qaranlıq dəhlizlərdə hərəkət edir. Baş verənlər isə third-person formatında baş verir. Yəni kamera baş personajın çiyinlərindən sərgilənir. Lakin məlumata əsasən oyunda first-person formatı da ola bilər. Yəni bu halda kamera baş personajın gözlərindən sərgilənəcək.
        Henderson-a sərgilənmiş tizer vdeosu qorxunc səhnə ilə bitir və daha sonra ekranda “GAME OVER” yazısı əks olunur. Həmin yazıdan sonra isə ekranda “A Hideo Kojima Game” cümləsi əks olunur və ondan sonra “Overdose” adı sərgilənir. Bəzi məlumatlara əsasən Hideo Kojima öz yeni oyununu həmçinin Xbox konsolları üçün də satışa çıxartmaq istəyir. Henderson-un sözlərinə əsasən yeni oyunun anonsu artıq yaxın zamanda baş verə bilər. Qeyd etmək lazımdır ki, yaxın günlər ərzində Summer Game Fest 2022Xbox & Bethesda Game Showcase 2022 adlı online tədbirlər baş tutacaq. Hideo Kojimanın yeni oyunu bu tədbirlərdən birində anons oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər