Yeni 'Tomb Raider' filminin ilk traileri

20.09.2017 0 PAYLAŞIM 264 OXUNMA

Atasının illər öncə başlatdığı arxeoloji tədqiqatları bitimək və antik sirləri açmaq üçün Lara Croft özünün ilk ekspedisiyasına yollanacaq. Gizli təriqətin idarəetməsi altında olan adada Croft öz bacarıqlarından istifadə edərək sağ qalmaq uğrunda mübarizə aparacaq. Rejissoru Roar Uthaug-un olduğu filmdə baş rolları Alicia Vikander, Walton Goggins, Hannah John-Kamen, Daniel Wu, Dominic West və digərləri canlandırıblar. Tomb Raiderfilminin premyerası gələn ilin Mart ayında baş tutacaq.