2024-cü ilin ən etibarsız şifrələrinin reytinqi təqdim edilib
Proqram Təminatı
16.11.2024
Emil
NordPass şirkətinin mütəxəssisləri ən etibarsız şifrələr üzrə illik reytinqi yeniləyiblər. Ənənəyə sadiq qalaraq bu siyahıya hakerlərin saniyələr ərzində tapa biləcəkləri ən etibarsız şifrələr daxil olub. Beləliklə ən etibarsız şifrələr reytinqinin birinci pilləsində 123456 şifrəsi qərarlaşıb. Reytinqin ikinci pilləsini 123456789 şifrəsi, üçüncü pilləsini isə 12345678 şifrəsi tutub. Fotodan da görmək olar ki, reytinqin dördüncü yerində password şifrəsi, beşinci yerində isə qwerty123 şifrəsi qərarlaşıb. Reytinqə üstəlik aşağı şifrələr də daxil edilib.
- iloveyou
- monkey
- dragon
- 11111111
- secret
- abc123
- 00000000
- tinkle
- 88888888
- pokemon
- superman
- baseball.
Paylaş
Ən çox oxunanlar