
Android-də elektron poçt spamlarından qorunma imkanı istifadəyə veriləcək
Proqram Təminatı
16.11.2024
Emil
Google servisləri paketində Android üçün nəzərdə tutulmuş yeni faydalı funksiyaya işarə edən kod sətrləri aşkar edilib. Söhbət, müxtəlif servislərdən istifadə zamanı istifadəçinin öz elektron poçt ünvanını həmin servislərdən gizlədə bilməsi imkanından gedir. Google Play Services-in 24.45.33 versiyalı APK faylında Shielded Email adlı funksiya aşkarlanıb. Kod sətrlərinə əsasən smartfon istifadəçisi təsadüfi, lakin işlək olan elektron poçt ünvanını tərtib edə biləcək.
Tərtib olunacaq təsadüfi elektron poçt ünvanı öz növbəsində qəbul edilmiş məktubları istifadəçinin real elektron poçt ünvanına göndərə biləcək. İstifadəçi təsadüfi elektron poçt ünvanını müxtəlif servis və saytlarda qeydiyyat üçün istifadə edə biləcək. Bu halda servis və saytlar istifadəçinin real elektron poçt ünvanını bilməyəcəklər. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya iOS-də də mövcuddur. Lakin iOS-də oxşar funksiya Cloud+ abunəliyi çərçivəsində aktivdir. Android-də bu funksiya pulsuz təqdim edilə bilər. Lakin bu barədə hələ dəqiq bir məlumat yoxdur.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
