
Android əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy A04e üçün istifadəyə verilib
Proqram Təminatı
13.02.2024
Emil
Samsung şirkəti öz büdcəli smartfonlarının sistemlərini Android 14-ə kimi yeniləməyə davam edir. Şirkət bu dəfə Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy A04e smartfonu üçün istifadəyə verib. Sözügedən smartfon üçün istifadəçi interfeysinin stabil versiyası A042FXXU6DXA3 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsini ilk olaraq Galaxy A04e smartfonunun Asiya regionu üzrə istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy A04e-nin bütün istifadəçiləri üçün aktiv olacaq.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
