main-post-cover

    Google Maps, artıq bina girişlərini göstərə biləcək!

    Proqram Təminatı
    01.08.2024
    Farid Pardashunas

         Google Maps, təkmilləşdirilmiş hadisə hesabat sistemini təqdim edən böyük yeniləmənməni əldə edir. Yeni funksiyalarla siz bina girişlərini və yaxınlıqdakı dayanacaqları görə biləcəksiniz.

         Google Maps-in yeni versiyası sayəsində istifadəçilər, daha böyük və daha intuitiv nişanlar ilə yolların bağlanması, yol işləri, sürət kameraları və polisin mövcudluğu barədə artıq daha asan şəkildə məlumatlar verə biləcəklər. Digər sürücülər bu hadisələri sadə bir toxunuşla yoxlaya biləcək və beləliklə, real vaxt rejimində məlumatların dəqiqliyi artırıla biləcək. Bundan əlavə, Google Maps, binaya yaxınlaşdıqca girişi müəyyən edəcək yeni məkan oriyentasiyası funksiyasını da təqdim edəcək.
         Google Maps xidməti, həmçinin binaya yaxınlaşdığınız zaman onun girişini müəyyən edəcək yeni təyinat bələdçisi əlavə edir. Bu funksiya, gedəcəyiniz binanı qırmızı rənglə vurğulayaraq onu dəqiq yerini müəyyənləşdirəcək və yaşıl göstəricilə binanın əsas girişi göstəriləcək. Əlavə olaraq, Google, yaxınlıqdakı dayanacaqları da göstərməyə başlayacaq. Təkmilləşdirilmiş hadisə hesabatı funksiyası indi Android, iOS, Google-un qurulduğu avtomobillər, Android AutoApple Carplay-dəki Google Maps-də mövcuddur. Təyinat bələdçisi isə yaxın həftələrdə istifadəyə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kənar mənbələrdən yüklənmiş tətbiqləri Google Play üzərindən yeniləmək olacaq
    kenar-menbelerden-yuklenmis-tetbiqleri-google-play-uzerinden-yenilemek-olacaq
    Google Pixel Watch 3 smart saatının promo materialları təqdim edilib
    google-pixel-watch-3-smart-saatinin-promo-materiallari-teqdim-edilib
    Google Pixel 9 Pro-nun müxtəlif gövdə rənglərində fotoları təqdim edilib
    google-pixel-9-pro-nun-muxtelif-govde-renglerinde-fotolari-teqdim-edilib
    Google Pixel 9 smartfonlarının ekran göstəriciləri təqdim edilib
    google-pixel-9-smartfonlarinin-ekran-gostericileri-teqdim-edilib
    Google Chrome-da faylların yüklənməsi prosesi daha təhlükəsiz olacaq
    google-chrome-da-fayllarin-yuklenmesi-prosesi-daha-tehlukesiz-olacaq