main-post-cover

    Google Maps, tarixi məkanları artırılmış reallıqla göstərəcək!

    Proqram Təminatı
    01.08.2024
    Farid Pardashunas

         Google Maps, istifadəçilərə immersiv təcrübədə məşhur tikililərin tarixini araşdırmaq və onlarla qarşılıqlı əlaqədə olmaq imkanı verən yeni artırılmış reallıq (AR) funksiyasını elan edib.

         Google Maps-in yeni artırılmış reallıq xüsusiyyəti, kompüter tərəfindən yaradılmış interaktiv şəkilləri və səsləri tarixi binaların faktiki görünüşləri üzərində yerləşdirməklə daha effektiv təcrübə təmin edəcək. Məsələn, istifadəçi telefonunu ətraf mühitə yönəltməklə 1900-cü illərdə Eyfel qülləsinin necə göründüyünü görə biləcək və interaktiv kartlarla Parisin simvolu haqqında daha çox məlumat əldə edə biləcək.
         Google Maps-in yeni AR funksiyasından istifadə etmək üçün istifadəçi, telefonunu tarixi tikililərə yönəldəcək və AR funksiyasını seçəcək. Alternativ olaraq, istifadəçi, küçə görünüşü ilə istənilən bir yerin tarixini görə bilək. Google, bildirib ki, istifadəçilər tezliklə Notre Dame kilsəsini və onun ətrafını 1789-cu ildə mövcud olduğu kimi ziyarət edə, Fransa İnqilabından əvvəl Bastille Saint-Antoine qalasının üçölçülü rekreasiyasını araşdıra və ya tarixi dağılmamışdan əvvəlki Tuileries sarayını gəzə biləcəklər.
         Google, həmçinin Maps-də yeni artırılmış reallıq təcrübəsini təqdim etmək üçün Google Arts & Culture Ubisoft ilə işlədiklərini bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Maps, artıq bina girişlərini göstərə biləcək!
    google-maps-artiq-bina-girislerini-gostere-bilecek
    Kənar mənbələrdən yüklənmiş tətbiqləri Google Play üzərindən yeniləmək olacaq
    kenar-menbelerden-yuklenmis-tetbiqleri-google-play-uzerinden-yenilemek-olacaq
    Google Pixel Watch 3 smart saatının promo materialları təqdim edilib
    google-pixel-watch-3-smart-saatinin-promo-materiallari-teqdim-edilib
    Google Pixel 9 Pro-nun müxtəlif gövdə rənglərində fotoları təqdim edilib
    google-pixel-9-pro-nun-muxtelif-govde-renglerinde-fotolari-teqdim-edilib
    Google Pixel 9 smartfonlarının ekran göstəriciləri təqdim edilib
    google-pixel-9-smartfonlarinin-ekran-gostericileri-teqdim-edilib