main-post-cover

    Google Play-də bir neçə tətbiqi paralel olaraq yükləmək mümkün olacaq

    Proqram Təminatı
    12.03.2024
    Farid Pardashunas
         Google Play-in yeni versiyasında faydalı funksiya barəsində məlumat ortaya çıxıb. Söhbət, Google şirkətinin illər öncə barəsində məlumat vermiş olduğu funksiyadan gedir. Belə ki, yaxın zamanda Google Play-də paralel olaraq bir neçə tətbiqin yüklənməsi funksiyası istifadəyə veriləcək. Şirkət sözügedən funksiyanın testinə artıq start verib. Hal-hazırda paralel olaraq bir neçə tətbiqi və ya bir neçə tətbiq üçün nəzərdə tutulmuş yenilənməni yükləmək istəyən zaman onlar cihaza sıra ilə yüklənirlər. Lakin Google Play üçün test edilən yeni funksiya sayəsində tətbiqlər və yenilənmələr paralel olaraq yüklənə biləcəklər. Bu cür özəllik artıq Apple şirkətinin App Store platformasında mövcuddur. Məlumata əsasən Google Play-in koduna 5 tətbiqin paralel yüklənməsi imkanı inteqrasiya edilib. Lakin test çərçivəsində şirkət yalnız iki tətbiqin paralel yüklənməsini aktivləşdirib. Funksiyanın nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel Watch 3 smart saatı Apple Watch özəlliklərindən birini əldə edəcək
    google-pixel-watch-3-smart-saati-apple-watch-ozelliklerinden-birini-elde-edecek
    Google Pixel 8a-nın hansı qiymətə satılacağı açıqlanıb
    google-pixel-8a-nin-hansi-qiymete-satilacagi-aciqlanib
    Bu il Google Pixel Watch 3 smart saatı ilə Pixel Buds Pro 2 smart qulaqlığı gözlənilir
    bu-il-google-pixel-watch-3-smart-saati-ile-pixel-buds-pro-2-smart-qulaqligi-gozlenilir
    Google Pixel smartfonları peyk rabitəsi üzərindən təcili yardım funksiyasını əldə edəcəklər
    google-pixel-smartfonlari-peyk-rabitesi-uzerinden-tecili-yardim-funksiyasini-elde-edecekler
    Chrome brauzerinin Android versiyası videolardakı kadrları yaddaşda saxlama funksiyasını əldə edəcək
    chrome-brauzerinin-android-versiyasi-videolardaki-kadrlari-yaddasda-saxlama-funksiyasini-elde-edecek