
Google Play Market-də təsadüfi abunəlik və ya alış-verişlərdən qorunmaq üçün yeni mexanizm istifadəyə verilib
Proqram Təminatı
24.04.2025
Emil
Google, Play Market tətbiqində istifadəçiləri təsadüfi alış-verişlərdən qorumaq məqsədilə yeni bir mexanizm tətbiq edib. Əvvəllər alış-veriş prosesinə biometrik identifikasiya və ya şifrə daxil etmə mərhələsi əlavə olunmuşdu - indi isə bu prosesə düyməni əvəz edən sürüşdürmə (slider) mexanizmi əlavə olunub. Google bu yenilik barədə hələ mart ayında, Play Services-in yeni funksiyalarını təqdim edərkən məlumat vermişdi. Lakin yeni sistemin tətbiqinə indi başlanılıb.

Şirkət bu funksiyanın Play Store 45.6 versiyası ilə istifadəyə veriləcəyini bildirsə də, real tətbiq 45.8.21-31 versiyasından başlayıb. Bununla belə, bu yeniliyi hələ bütün istifadəçilər görməyib - bəzi istifadəçilər onun istifadəyə verilməsini bir qədər gözləməli ola bilərlər. Sürüşdürmə mexanizmi jest əmri ilə birlikdə mövcud olan düymənin yerini alıb və artıq birdəfəlik alış və ya abunəliklərin rəsmiləşdirilməsi üçün sadəcə həmin sahəyə toxunmaq kifayət etməyəcək. Bu yeni funksiya, xüsusilə Play Market-də əlavə təhlükəsizlik tədbirlərini aktiv etməmiş istifadəçilər üçün, təsadüfi alışların sayını azaltmağa kömək edəcək.
Mənbə: Android Authority
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
